17 C
Baku
Tuesday, May 21, 2024

NIKOIL Bank təmassız plastik kartları tətbiq etdi

NIKOIL | Bank bazarda aktual ödəmə texnologiyalarının inkişafını diqqətlə müşahidə edir və daim operativ bütün məhsul xəttinə yenisini və ən yaxşını tətbiq etməyə çalışır, bununlada öz mövcud və potensial müştərilərinə əlverişli məhsullar təklif etməyə səy göstərir. Əhali üçün bank xidmətlərinin keyfiyyətinin artırılması üzrə öz müvəffəqiyyətli innovasiya strategiyasını davam etdirərək, NIKOIL | Bank dövriyyəyə yeni təmassız plastik kartları buraxdı, bu Visa ödəniş sisteminin – PayWave və MasterCard ödəniş sisteminin – PayPass texnologiyasıdır.

Bu gün təmassız plastik kartların innovasiya texnologiyası ödənişləri bir anda həyata keçirməyə icazə verir, ehtiyac olmadığı tədqirdə əməliyyatın həyata keçirilməsi zamanı digər şəxslərin əllərinə plastik kartın ötürülməməsinə şərait yaradır. Bunun üçün Visa PayWave/MC Pay Pass kartını təmassız oxuyan qurğuya (POS terminala) yaxınlaşdırmaq kifayətdir və Sizin ödənişiniz həyata keçiriləcək!

Kart dələduzluqdan müdafiəsi ilə yüksək dərəcəsiylə fərqlənir, çünki kartın sahibi onu əməliyyatı həyata keçirdiyi zaman əlindən buraxmır. İstifadədə sadəliyini qeyd etməmək mümkün deyil: terminala kartı yaxınlaşdırmaq və lazım olan məbləğ hesabdan çıxarış olunanadək gözləmək kifayətdir.  Təmassız kartlar bütün dünyada əsasən ictimai nəqliyyatda, supermarketlərdə, geyim mağazalarında və restoranlarda tez-tez istifadə edilir. Həmçinin kommunal xidmətlərin bütün növlərini ödəmək mümkündür.

Təmassız kartlar və digər bank məhsulları, aksiyalar və xüsusi təkliflər haqqında daha ətraflı məlumatı (012) 981 qısa nömrəsinə zəng vuraraq, və ya Bankının korporativ saytına www.nikoil.az daxil olaraq ələd etmək mümkündür. Bankın social şəbəkədə rəsmi səhifəsinin ünvanı Https://www.facebook.com/bank.nikoil

Son xəbərlər
 ⁠
Digər xəbərlər