15 C
Baku
Wednesday, April 24, 2024

NIKOIL | Bank VİP müştəriləri üçün ənənəvi JAZZ-axşamı təşkil etdi

NIKOIL | Bank müştəriləri üçün paytaxtın məşhur restoranlarından biri olan “Cıdır” restoranında ənənəvi JAZZ-axşamı təşkil etmişdir. Tədbirə NIKOIL | Private Banking xidmətinin müştəriləri dəvət olunmuşdur. Tədbirin əvvəlində İdarə Heyətinin Sədri Vasiliy Xamaza öz açılış nitqi ilə Banka olan güvən və etimada görə əmanətçilərə və Bankın partnyorlarına təşəkkürünü bildirdi.

«Bu ənənə bizim üçün çox vacibdir və biz bu ənənənin gələcəkdə də davam etməsi və inkişaf etməsi üçün çox səylər göstərəcəyik. Belə tematik gecələr sayəsində biz müştərilərimizlə üzbəüz görüşürük və onlarla açıq şəkildə söhbət etmək imkanımız olur. Bununla biz onlara sadəcə qulaq asmırıq, eyni zamanda onları eşidirik də. Bu da bizə müştərilərimizin tələblərini yerində qarşılamaq imkanı verir. İldə bir dəfə olsa da, hətta bu köhnə ilin sonuna təsadüf etsə belə NIKOIL | Bank öz dəyərli müştəriləri ilə keçirdiyi hər dəqiqəni qiymətləndirir» – Vasiliy Xamaza xüsusi olaraq qeyd etdi.

Qeyd etmək lazımdır ki, gecədə Azərbaycan Respublikasının əməkdar artisti pionist Emil Afrasiyab, Azərbaycanın əməkdar incəsənət xadimi Cavan Zeynallı və Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Vaqif Gərayzadənin rəhbərliyi ilə “Aypara” qrupu çıxış etmişdirlər.

NIKOIL | PRIVATE BANKING xidmətləri – bu, fərdi kapitalın idarə edilməsi sahəsində peşəkar məsləhət , kapitalın qorunması, artırılması və varislərə ötürülməsində effektiv müdafiə strategiyasının hazırlanması, maliyyə işlərinin planlaşdırılması məsələlərində məsləhət, klassik bank xidmətləri- bank kartları, əmanətlər, kreditlər, seyf qutuları, akkreditivlər, hətta uşaqlara və böyüklərə yüksək keyfiyyətli tibbi xidmət , sığortalama və sairdir.

NIKOIL | Private əmanətinin maksimal illik gəliri 13,7%-ə qədər AZN-də, 9.1%-ə qədər USD-də və 7.6%-ə qədər isə EUR-da təşkil edir.

NIKOIL | Bank-da yerləşdirilən əmanətlərin bugün ki gündə həcmi fiziki şəxslər üzrə 202 mln. AZN, hüquqi şəxslər üzrə isə 34 mln. AZN təşkil edir.

Bu gün “NİKOYL” İKB  əhaliyə milli və xarici valyutada  həyata keçirilən  hesablaşma,  kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir. “NIKOIL Bank”ın bütün bank məhsulları, aksiyaları və xüsusi təklifləri haqqında məlumatı www.nikoil.az rəsmi internet səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsinə zəng edərək almaq mümkündür.

Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil

6 4 3 2 1

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər