35 C
Baku
Thursday, June 20, 2024

“NIKOIL Bank”a 52 mln. manatlıq əlavə yatırım

“Bakı Fond Birjası” QSC-də (BFB) “Nikoil Bank” ASC-nin səhmlərinin alqı-satqısına dair əqd bağlanılıb.

Banker.az BFB-yə istinadən xəbər verir ki, əqd Bankın hər birinin nominal dəyəri 2 manat olan 26 mln. ədəd yeni səhminin realizə edilməsini nəzərdə tutur.

Son nəticədə “Nikoil Bank”ın nizamnamə kapitalı 8,8% artaraq 296 mln. manatdan 348 mln. manata yüksəlib.

Xatırladaq ki, “Nikoil Bank” 1994-cü ildən fəaliyyət göstərir və Bankın səhmdarları “Topaz Investments” QSC, Marina Kulişova və “ISR Holding” MMC-dir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər