‘NIKOIL Bank’ ASC-nin Əməliyyat və Bazar Riskləri Departamentinin yeni direktoru təyin edilib.
Banker.az-ın xəbərinə görə, yeni təyin olunmuş şəxs Samirə Qəhramanovadır.
Bundan öncə S.Qəhramanova Maliyyə Departamentində yüksək vəzifə tuturdu. Bildirək ki, o, 2006-ci ildən adıçəkilən bankda çalışmağa başlayıb.