13 C
Baku
Tuesday, October 22, 2024

“NIKOIL Bank”a yeni təyinatlar – Hər ikisi “Dəmir Bank” kadırıdır

“NIKOIL Bank” ASC-də yeni departament rəhbəri təyin olunub.

Bnaker.az-ın əldə edtiyi məlumata görə, Bankın Hüquq Departamentinə Samir Tağıyev direktor təyin olunub və vəzifəsinin icrasına bu aydan artıq başlayıb.

Qeyd edək ki, S.Tağıyev bundan öncə bu departamentdə direktor müavini idi.

S.Tağıyev “Aqrarkredit” QSC və lisenziyası ləğv edilən “Dəmir Bank” ASC-də müxtəlif vəzifələrdə çalışıb.

Bildirək ki, bundan öncə bu vəzifədə “Dəmir Bank”dantəyinatalmış Vuqar Kərimov idi. O, Problemli Aktivlərin İdarə Edilməsi və Hüquqi Tənimlənməsi Departamentinə direktor təyin edilib.

samir tagiyev

Son xəbərlər
Digər xəbərlər