“Nikoil Bank” ASC-nin Problemli aktivlərin idarə edilməsi Departamentinə yeni direktor təyin edilib. Məlumata görə, bu vəzifəyə Cəlal Nağıyev gətirilib.
C.Nağıyev indiyə qədər hazırda ləğvetmə prosesində olan “Parabank” ASC-nin baş icraçı direktoru işləyib. Son vaxtadək vakant olan bu vəzifədə əvvəllər Elşən Babayev çalışıb.
Xatırladaq ki, “Nikoil Bank” ASC 1994-cü ildən fəaliyyət göstərən “Ülpər” kommersiya bankının bazasında, 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 34,5 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 2 manat olan 17,25 mln. səhm əsasında formalaşıb. Səhmlərin 56,4%-i “Topaz İnvestments” QSC-yə, 42,6%-i “Nikoil” QSC-yə, 1%-i isə “ISR Holding” MMC-yə məxsusdur.
Report