24 C
Baku
Thursday, June 30, 2022

“NIKOIL Bank”dan illik böyük zərər – Yığılmış zərər 285 mln. manatı ötdü

“NIKOIL Bank” ASC ili tarixinin ən böyük zərəri qeydə alınıb. Bank ilin 4 rübü ərzində 135,20 mln. manatlıq zərər edib.

Banker.az bu barədə Bankın 2018-ci ilin yekunlarına dair açıqladığı hesabata istinad edir.

Bankın cəmi faiz gəlirləri 2018-ci ilin 4 rübü ərzində 68,14 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,45 mln. manat çox olması deməkdir. Bankın faiz xərcləri isə əksinə 4 mln. manatdan çox azalaraq 15,51 mln. manat olub. Beləliklə bank il üzrə xalis faiz gəliri 52,63 manata yaxın olub.

Bu artımlara rəğmən aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar (172,16 mln. manat) bank zərərə düçar olub və bank ötən ilin 4 fəslini 135,20 mln. manatlıq zərərlə tamamlayıb.

Bununla da bankın yığılmış zərəri artaraq 285,44 mln. manata çatıb. Bankın hazırda cəmi kapitalı azalaraq 65,67 mln. manata düşüb.

Bankın tarixinə baxsaq, 2015-ci ildəki devalvasiyalar ardından bu günə qədər zərərlə işini davam etdirən çox az banklardan biridir.

Xatırladaq ki, “NIKOIL Bank” ASC 1994-cü ildən Azərbaycanın bank bazarında iştirakçıdır.  Hazırda 348 mln. manatlıq nizamnamə kapitalına malik olmaqla 3 hüquqi şəxs tərəfindən səhmlərinə nəzarət olunur.

Son xəbərlər
Oxşar xəbərlər