19 C
Baku
Şənbə, Oktyabr 23, 2021

“NIKOIL Bank”ın 45 mln. manatlıq zərərinin səbəbi məlum olub

“NIKOIL Bank” ASC-nin aktivləri yola saldığımız son üç ay ərzində 9% azalıb.

Banker.az xəbər verir ki, bu barədə bankın ilin II rübünə olan maliyyə hesabatında qeyd edilib.

Hesabata görə, “NIKOIL Bank”ın cəmi aktivləri ilk yarımillikdə 446,47 mln manat təşkil edib. Lakin, bu azalmanın səbəbkarı aktivlərdə əsas pay sahibi olan kredit portfeli deyil, nağd pul vəsaitlərin kəskin, yən, 3 dəfə azalaraq 10 mln manata düşüb. Kredit portfeli isə əksinə 4% artaraq 289 mln. manat olub.

Bankın öhdəlikləri isə artaraq 392,52 mln manat olub. Öhdəliklərdəki göstəricilər isbat edir ki, müştərilərin banka inamı artmaqdadır. Belə ki, bankın əmanət pöortfeli ilin əvvəli ilə müqayisədə yarım ilin sonunda 12% artaraq 257,07 mln manat təşkil edib. Ümumiyyətlə, müştərilər tərəfindən banka yerləşdirlən əmanətlərin həcmi ötən ilin 3-cü rübündən başlayaraq davam edir. Digər öhdəlik olan Mərkəzi Bank qarşısındakı öhdəlik 1 il ərzində yalnız 2-ci rübdə 3 mln manat azalaraq 37,3 mln manata düşüb.

Hazırda bankın cəmi kapitalı 1-ci rüblə müqayisədə 2-ci rübdə 46% azalaraq 53,95 mln. manat təşkil edib. Bunun da 49,75 mln manatı xüsusi kapitaldır.

Problemli kreditlər silinib

“NIKOIL Bank”ın faiz gəlirləri 2017-ci ilin müfaqi dövrü ilə müqayisədə bu ilin ilk 6 ayında cüzi azalaraq 32,6 mln manat, eləcə də faiz xərcləri də azalaraq 8,34 mln manata, qeyri-faiz gəlirləri 3,45 və qeyri-faiz xərcləri isə 10,24 mln manat təşkil etmişdir. Bank ümümilikdə əməliyyat mənfəətini 16,57 manat etməsinə baxmayaraq 63,43 mln manatı problemli kreditlərə ayırmalar hesabına ilk 6 ayda 45,86 mln. manat zərər edib.

Xatırladaq ki, Bank 1995-ci ildə yaradılıb, nizamnamə kapitalı 279 mln. manatdır və səhmdarları “Topaz Investments” Şirkəti, Malina Kulişova və İSR Holdinqdir.

 

 

Son xəbərlər
Oxşar xəbərlər