10 C
Baku
Wednesday, November 27, 2024

“NIKOIL Bank”ın aktivlərinin artmasının səbəbləri məlum oldu

“NİKOİL Bank” ASC-nin cəmi aktivləri və öhdəlilləri böyüyüb.

Banker.az bu barədə Bankın yanvar-mart ayına olan hesabatına istinadən xəbər verir.

Hesabata görə, bankın cəmi aktivləri 51 mln manat, yəni 12% artaraq 488,37 mln manata çatıb. Artımın əsas səbəbi kimi banklar da daxil olmaqla, maliyyə institutlarındakı yatırılan depozitlər, nəğd vəsaitlər və qiymətli kağızlar bazarında olan payınnın artımı olub.

Buna baxmayaraq “NİKOİL Bank”ın aktivlərinin əsas hissəsi olan kredit portfeli digər banklardan fərqli olaraq kiçilib. Belə ki, müştərilərə verilən kreditlər 4.5% kiçilərək 278,1 mln manat təşkil edib. Azalmanın əsas səbəbkarı kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyatları  20.3% azalaraq 58,15 mln manata düşməsi olub.

Hesabatı analiz etdikdə məlum olur ki, banka müştərilər tərəfindən qismən inam bərpa olunub. Belə ki, “NİKOİL Bank” son 3 ay ərzində müştərilər tərəfindən əlavə 20 mln manat cəlb edərək portfelini 250 mln. manata çatdırıb. Bu rüb üzrə 9% artım olması deməkdir.

Bankın Azərbaycan Mərkəzi Bankı qarşısındakı 40 mln. manatlıq tələbi hələ də ödənilməyib.

Bildirək ki, bankın hazırda cəmi öhdəlikləri  388,63 mln manat və cəmi kapitalı isə 99,74  mln manat təşkil edir. Kapitalında 150 mln. manat illlərin yığılmış zərəri qalmaqdadır. Qeyd edək ki, hazırda “NİKOİL Bank”ın adi səhmlərinin ümümi dəyəri 245 mln manatdır.

“NİKOİL Bank” ildəki kimi bu ildə zərər edib. Lakin, bu zərərin əsas səbəbi xərclərlə deyil, bankın aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 8,9 mln. ayırmalar olub və bank yanvar-mart üzrə 309,32 min manat zərərlə bitirib. Bildirək ki, ilin ilk rübü ərzində bankın ümümi faiz gəlirləri 16,54 mln manat təşkil edib.

Son xəbərlər
Digər xəbərlər