20 C
Baku
Bazar, May 22, 2022

“NIKOIL Bank”ın bank-maliyyə və digər qurumları qarşısındakı öhdəliyi 81 mln. manatı ötüb

“NIKOIL Bank” ASC-nin cəmi öhdəlikləri artaraq 351 37 mln. manata qədər artıb.

Banker.az bu barədə kommersiya bankının 2018-ci il üzrə açıqladığı maliyyə hesabatına istinad edir.

Eləcə də bax: NIKOIL Bank-dan illik böyük zərər- Yığılmış zərər 285 mln. manatı ötdü

Hesabata görə, bankların və digər maliyyə institutlar qarşısındakı öhdəlik (onların kreditləri) 11,7 mln. manat, və banklar istisna olmaqla, digər maliyyə institutlarının öhdəliklər (kreditlər) isə 70,1 mln. manat təşkil edib ki bu da ümumilikdə bu növ borcların 81,81 mln. manat təşkil etməsi deməkdir. Beləliklə 2018-ci ilin əvvəlindəki – 62,72 mln. manatlıq göstəricidən 30% artımın olması deməkdir.

Müştərilər qarşısında inam

Hesabata görə, 2019-cu yanvarın 1-də əmanətçilərinin bankdakı əmanətləri 228,66 mln. manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə az olması deməkdir. Qeyd edək ki, 2018-ci ilin yanvarın 1-də bu göstərici 229,22 mln. manat idi.

Son xəbərlər
Oxşar xəbərlər