“Nikoil Bank” ASC bildirir ki, 16.01.2017-ci il tarixində Moskva şəhərində keçirilməsi planlaşdırılan Bankın səhmdarlarının növbədənkanar ümumi yığıncağı təxirə salınıb. Banker.az xəbər verir ki, bu barədə Bankdan bildirilir.
“Nikoil Bank”ın səhmdarlarının növbədənkanar ümumi yığıncağı 08.02.2017- ci il tarixində Birləşmiş Krallıq, London şəhəri, Pikadili 21-də yerləşən “Le Méridien Piccadilly” otelində keçiriləcək. Yığıncaqda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulmuşdur:
- Müşahidə Şurasının tərkibinin dəyişdirilməsi,
 - Audit Komitəsinin tərkibinin dəyişdirilməsi,
 - Audit Komitəsinin üzvlərinin mükafatlandırılmasının təsdiq edilməsi.
 - “Nikoil Bank” ASC-inin Nizamnaməsinin yeni redaksiyada təsdiq olunması.
 


                                    





