17 fevral tarixində Moskva şəhərində NIKOIL | Bank-ın əsas səhmdarı “LUKOYL” neft şirkətinin Prezidenti Vahid Ələkbərovun iştirakı ilə səhmdarlarının növbəti yığıncağı keçirilib. Yığıncaqda NIKOIL | Bank-ın İdarə Heyətinin Sədri Vasiliy Xamaza 2015-ci il ərzində görülən və 2016-ci ildə görüləcək işlər haqqında məruzə ilə çıxış edib. Toplantının yekununda aşağıdakı qərarlar qəbul edilmişdir:
- 2015-ci ildə Bankın fəaliyyətinin nəticələri nəzərə alınsın və 2016-cı il üçün əsas maliyyə göstəriciləri və iş planları təsdiq edilsin.
- PWC (Price Waterhouse Coopers) auditor şirkəti ilə birlikdə Bankın 2019-ci ilə qədər strateji inkişaf planı hazırlansın.
- Müştərilərlə hesablaşmaların fasiləsizliyini təmin etmək üçün 15 mln. ABŞ dolları həcmində ehtiyat fondu yaradılsın.
- Bankın müasir iqtisadi şəraitə cavab verən yeni təşkilati strukturu təsdiq edilsin.
Yığıncağın gedişatında xüsusi ilə qeyd olunmuşdur ki, 2015-ci il ərzində maliyyə bazarlarının dəyişikliklərini nəzəzrə alaraq, Bank öz likvidliyini kifayət qədər yüksək səviyyədə qoruyub saxlaya bilib və müştərilərlə hesablamalarda heç bir əngəllərin yaranmasına yol verməyib. Bankın müştəri bazası 10%, müştəri hesabları üzrə əməliyyatlar isə 50% artıb ki, buda öz növbəsində müştərilərin Banka və onun əsas səhmdarına inamın artmasını ifadə edir.
Bugün NIKOIL | Bank əhaliyə milli və xarici valyutada həyata keçirilən hesablaşma, kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil