13 C
Baku
Sunday, November 27, 2022

Nikol Paşinyan müharibədəki məğlubiyyətə görə keçmiş prezidentləri günahlandırıb

Ermənistanın baş naziri Nikol Paşinyan 44 günlük müharibədəki kapitulyasiyaya görə keçmiş prezidentləri günahlandırıb.

O, keçmiş prezident Robert Koçaryanın hakimiyyəti dövründə o vaxtkı xarici işlər naziri Vardan Oskanyanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını bildirib.

“Ermənistan Madrid prinsiplərini qəbul etməklə Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımışdı”, – N.Paşinyan deyib.

Baş nazir həmçinin keçmiş prezident Serj Sarkisyanı və sabiq xarici işlər naziri Edvard Nalbandyanı da günahlandırıb: “Kimsə günahı mövcud hakimiyyətin üzərinə atmağa çalışmamalıdır”.

 

 

Son xəbərlər
Digər xəbərlər
X