Ermənistanın baş naziri Nikol Paşinyan üçtərəfli görüşdə iştirak etmək üçün Belçikanın paytaxtı Brüsselə işgüzar səfərə yola düşüb.
Məlumatı “Aysor” yayıb.
Qeyd edək ki, mayın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel arasında üçtərəfli görüş olacaq.
Danışıqların təşəbbüskarı Ş.Mişeldir. Görüş yerli vaxtla günortadan sonra başlayacaq.
Üçtərəfli görüşdən əvvəl Ş.Mişel N.Paşinyanla, daha sonra isə Prezident İlham Əliyevlə ikitərəfli görüş keçirəcək.