31 C
Baku
Thursday, August 11, 2022

Nikol Tesla: məşhur dahinin məhsuldarlıq sirri

Nikol Tesla bütün ömrü boyu hər hansı bir ixtira üzərində işləmiş və başladığı işi məntiqi nəticəyə qədər gətirib çıxarmışdır. Məşhur sahibkar Elon Musk dahi ixtiraçının demək olar ki, ən böyük pərəstişkarıdır. O öz şirkətlərindən birini Nikol Teslanın şərəfinə Tesla Motors adlandırmışdır.  Bundan əlavə, Elon Musk Nikol Teslanın 158 illik yubileyinin şərəfinə Tesla Science Center elmi araşdırma mərkəzi və muzeyinə 1 milyon dollar bağışlamışdı.

Nikol Tesla ixtira edəcəyi hər bir şeyi beynində ən son detalına qədər düşünüb ölçməmiş real həyatda hərəkətə keçməzdi. O bütün diqqətini son nəticəyə kökləyər və onu maksimum dərəcədə dəqiqliklə düşünməyə çalışardı.

Nəticədə yalnızca reallığa çevirmək lazım olan çox ətraflı düşünülmüş plan hazır olurdu. İxtiraçı öz metodunu avtobioqrafiyasında belə təsvir edirdi: Mən dərhal döyüşə atılmıram. Beynimdə yeni ideya yarandıqda təxəyyülümdə layihə yaratmağa başlayıram. Mexanizmin konstruksiyasını dəyişir,  cihazı hər cəhətdən yaxşılaşdırır və nəzərdən keçirirəm. Bütün bunların hamsını isə təxəyyülümdə canlandırıram. Mənim üçün sınağı beynimdə etməknən laboratoriyamda etmək arasında heç bir fərq yoxdur. Beləliklə, heç bir fiziki alətdən istifadə etmədən ixtiranı ideal vəziyyətə qədər gətirə bilirəm. Nəticədə, bu sxemlə yaradılmış ixtiralar real həyatda da düşünüldüyü kimi dəqiqliklə işləyir.  20 il ərzində bu qaydada istisna edilmədi. İşlərin başqa cür qurulması üçün heç bir səbəb yoxdur. Demək olar ki, istənilən layihəni ilk anından sona qədər beyində reallaşdırmaq mümkündür.

Maraqlıdır ki, Tesla sahib olduğu istedadla doğulmamış, onu sonradan qazanmışdı. O hələ uşaq olarkən öz beyninin inkişafı ilə məşğul olurdu. Bu məşqlərə digər insanların fikrini oxumaq, uzun cümlələrin təkrar edilməsi və yaxud beyində çətin riyazi hesablamalar etməkdən ibarət idi. Bundan əlavə, Nikol Tesla yeni ideyalar düşünmək üçün piyada gəzməyi məsləhət görürdü. Teslanın məhsuldarlıq üçün təklif etdiyi məsləhətlərdən nəinki ixtiraçılar, həmçinin sahibkarlar da öz biznes planlarını reallaşdırmaq üçün istifadə edə bilərlər. Beyində biznes planın bütün cəhətlərini ətraflı düşünməyi elə də asan məsələ adlandırmaq olmasa da, qeyri-mümkün deyil. Sınamaqda fayda var.

Son xəbərlər
Oxşar xəbərlər