Apellyasiya məhkəməsində Fransanın sabiq prezidenti Nikola Sarkozinin 3 il azadlıqdan məhrum edilməsi istənilib.
Keçmiş prezident korrupsiyada ittiham olunur. Fransa Prokurorluğu onun 3 il qiyabi olaraq azadlıqdan məhrum edilməsini tələb edir.
Qeyd edək ki, birinci instansiya məhkəməsi Sarkozini qeyri-qanuni dinləmələrdə ittiham edərək 3 il azadlıqdan məhrum etmişdi. Sarkozi və daha 2 nəfər bunun 1 ilini həbsxanada keçirməli idi. Keçmiş prezident qərardan apellyasiya şikayəti verib.