Elektrikli yük maşınları istehsalı ilə məşğul olan “Nikola”nın qurucusu Trevor Milton, şirkətin direktorlar şurasının icraçı sədri vəzifəsindən istefa verdiyini söyləyib.
Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.
“Şirkət və onun dünyanı dəyişdirmək missiyası öndə olmalıdır, mən yox. Özümü pis niyyətli şəxslərin yalan ittihamlardan müdafiə etməyi planlaşdırıram”, – deyə Miltonun açıqlamasında deyilir.
“Forbes” qeyd edir ki, Milton – “Nikola”nın ən böyük səhmdarıdır və şirkətə 20%-dən böyük paya sahibdir. Bu xəbərlərin fonunda “Nikola”nın səhmləri 22,2% ucuzlaşıb.
2020-ci il sentyabr ayının əvvəlində “Nikola Motors”un səhmdarlarından biri olan “Hindenburg Research” istehsalçını saxtakarlıqda günahlandırmışdır. Verilən məlumata görə, şirkət Miltonun texnologiya və maddi aktivlərlə bağlı iddialarını yalan hesab edir.







