7 C
Baku
Sunday, February 5, 2023

Nikola Stercen:NATO-ya üzvlük “müstəqil Şotlandiyanın təhlükəsizlik siyasətinin təməl daşı olacaq”

Şotlandiya müstəqillik qazanacağı təqdirdə NATO-ya üzv olmağa çalışacaq. Bu barədə Şotlandiyanın Birinci naziri Nikola Stercen bildirib.

“Mənim rəhbərlik etdiyim partiya – Şotlandiya Milli Partiyası 2012-ci ildə qərara gəldi ki, Şotlandiya müstəqil olsa, NATO-ya üzv olmağa çalışacaq”, – deyə Stercen Vaşinqtonda Brukinqs İnstitutunda çıxışı zamanı qeyd edib.

Onun sözlərinə görə, NATO-ya üzvlük “müstəqil Şotlandiyanın təhlükəsizlik siyasətinin təməl daşı olacaq”.

Son xəbərlər
Digər xəbərlər
X