21 C
Baku
Thursday, September 19, 2024

Nikola Teslanın 5 dəlisov ixtirası

Nikola Tesla ekssentrik alim idi. Lakin bir çoxları hesab edirdilər ki, onun ixtiraları Aleksandr Qraham Bell və Tomas Edisonun ixtiralarından daha görkəmli və təsirlidir. Onun elektrik maşını, qiyamçı təxəyyül və ekssentrik stili “dəlisov dahi”nin simvoluna çevrildi.

Onun dəlisov ixtiralarından bəziləri ilə tanış olaq:

1.    Simsiz elektrik ötürülməsi. Təxminən 120 il əvvəl, 1893-cü ildə Çikaqoda Ümumdünya sərgisində Tesla  elektrodinamik induksiya adlanan prosesdə bir sıra fosforlu lampaları yandıraraq simsiz elektrik ötürülməsini nümayiş etdirdi. O hər zaman arzu edirdi ki, möhtəşəm bir gündə bu yeni texnologiya dünyanın bir çox yerlərinə yayılaraq, ayrı-ayrı əraziləri rahat elektriklə təmin edəcək. İndi, artıq bir əsrlər sonra Intel və Sony kimi nəhəng şirkətlər nonradiative enerjinin mobil telefonlar kimi cihazlara transfer edilməsi ilə maraqlandılar. Belə ki, bununla biz elektrik mənbəyinə qoşulmadan telefonumuzu enerji ilə təmin edə bilərik.

2.    Rentgen. Teslanın elektromaqnetizm sahəsində apardığı tədqiqatlar həkimlərə xəstənin daxili orqanlarını onun qarnını açmadan da görməyə imkan verdi. Lakin 1880-ci illərin sonlarında bu ideya olduqca dəlisov bir ideya kimi görünürdü. Bununla yanaşı, rentgenin alman fiziki Vilhelm Rentgen tərəfindən aşkar edildiyini deyirlər. Lakin məhz Nikola Tesla rentgendən 8 il əvvəl öz ekspeimentlərində bu texnologiyanı müəyyən etmiş və bildirmişdir ki, bu şüalardan istifadə edilməsi insan orqanizminə bir çox təhlükələr də yarada bilər.

3.Ölüm şüası. Bəzi iddialara görə, 1930-cu illərdə Nikola Tesla şüa hissəciklərindən silah hazırlamışdır və bunu “ölüm şüası” adlandırırdılar. Nəzəri olaraq, cihaz sıx enerji şüalarını yarada bilirdi və bundan düşmən təyyarələrini, ordularını və digər əşyaları məhv etmək mümkün idi.  “Ölüm şüası” Tesla tərəfindən buraxıla bilinməsədə, o bu cihazı ayrı-ayrı hərbi birləşmələrə satmağa çalışırdı.

4Robot texnikası.Tesla özlüyündə təsəvvür edirdi ki, gələcəkdə bütünlükdə robot irqi təhlükəsiz və effektiv olaraq insanların işini yerinə yetirə biləcək. 1898-ci ildə o, radio ilə nəzarət olunan qayıq yaratdı və bir çoxları bunu “robot texnikasının yaranması” hesab edirdi. O əvvəlcədən bildirmişdi ki, gələcəkdə dünya ağıllı maşınlarla, robotlarla, müxtəlif sensorlu və avtonom sistemlərlə zəngin olacaq.

5. Zəlzələ yaradan maşın. Eyni zamanda Tesla 1898-ci ildə bir oscillator yaratdığını və bu cihazın öz ətrafında yerləşən binaları sarsıda biləcyini elan etdi. Cihazın özünün çəkisi cəmi bir kiloqram idi, lakin alim silkələnmə tezliklərinin zamanını elə tənzimləmişdi ki, hər bir kiçik vibrasiya dalğalara daha böyük enerji əlavə edirdi. Kifayət qədər həcmdə olan bu kiçik dalğalar hətta ən böyük binanı belə parçalara ayıra bilərdi. Öz ixtirasının potensial təhlükələrini görən Tesla onu çəkiclə dağıtmışdır.

Son xəbərlər
Digər xəbərlər