14 C
Baku
Sunday, November 24, 2024

Nikolas Keycdən bəzi sitatlar

Nikolas Keyc (əvvəlcə Nikolas Kim Koppolla 7 yanvar, 1964-cü ildə, Lonq-Biçdə, Kaliforniyada anadan olub. Lakin karyerada irəlilədikcə əvvəlki soyadından imtina edib ki, əmisinin uğurlarının altında gizlənmiş olmasın. Belə ki, o məşhur rejissor Frensis Ford Koppolanın qardaşı oğludur.

«Yaxşı aktyor olmaq üçün müəyyən mənada cinayətkar olmaq lazımdır ki, istənilən qaydaları və ehkamları poza biləsən».

«Əsl aktyor və şizofreniya xəstəsini çox incə bir sərhəd ayırır».

(Özünün Liza Mari Presli ilə nikahı barədə): «Mən həyatımın bu anına böyük təəssüflə yanaşıram. Düşünürəm ki, biz nikahı hər şeydən ön plana çəkməli deyildik).

«Hollivud anlaya bilmirdi ki, mən aktyoram, ya anormal insan. Mən xüsusi bir obraz inkişaf etdirə bildim ki, o bir az kobud, olsa da fərqli idi».

«Hal-hazırda mən elə filmlərdə çəkilirəm ki, onlar xüsusi gəlir gətirmir. Amma bu vəziyyət mənim ürəyimcədir. Mən nə insanlar üçün, nə də özüm üçün bəsit bir şey etmək istəmirəm. Məni həmişə qeyri-adi şeylərə doğru çəkir, neqativ rəylərin miqdarı isə, sözün düzünə qalsa onlar məni hətta sevindirir. Deməli film haradasa həm insanların, həm də tənqidçilərin fikrini cəlb edə bilib».

«Eynitipli bir kinoda oynamaq istəməzdim. Mənə bir-birinə oxşamayan filmlərdə çəkilmək daha çox xoş gəlir. Eyni zamanda mən istərdim ki, elə filmlərdə çəkilim ki insanları motivasiya etsin, onlara stimul versin, yeni müsbət vərdişlər aşılasın, onları məlumatlandırsın».

«Mənim kimi bir aktyor üçün «Sinoptik» (The Weather Man), «Müharibə Lordu» ( Lord of War) kimi səhnə əsərlərində çəkilmək çox risklidir. Bunlar adı filmlər deyil, müstəqil kompaniyaların yaratdıqları məhsullardır».

«Mən adımı ona görə dəyişdim ki, ruhi azadlıq tapım”.

« Faciəvi kino – bu sözün əsl mənasında yaxşı işdir. Belə filmlər insanları həyatın mənası haqqında düşünməyə və baş verənləri analiz etməyə sövq edir. Amma digər tərəfdən əyləncəli filmlər bir növ müalicədir. Bu, məhz sənin öz problemlərini unutduğun məqamdır».

«Mən Conni Depp (Johnny Depp) ilə necə tanış olduğumu xatırlayıram, həmin dövrlərdə o qrupların birində gitara ifaçısı kimi fəaliyyət göstərir və aktyor karyerası barədə ümumiyyətlə düşünmürdü. Həmin zaman ona dediyim sözləri olduğu kimi xatırlayıram: “Mən həqiqətən də düşünürəm ki, sən anadan gəlmə aktyorsan. Sənin əsl talantın var». Belə nəticəyə onunla oynadığımız “Monopoliya” oyunu sayəsində gəlmişdim. Sonra isə mən onu öz agentimə yönəltdim. Beləliklə Conni Depp öz uğur yoluna qədəm qoydu».

Son xəbərlər
Digər xəbərlər