6 C
Baku
Saturday, December 14, 2024

Nil Makkeyn: “Devalvasiya təbii haldır, banklar buna hazır olmalıdır”

Avropa Yenidənqurma və İnkişaf Bankının əməkdaşlıq etdiyi hər bir Azərbaycan bankı kapital adekvatlığı ilə bağlı Mərkəzi Bankın normalarına cavab verir.

Bunu AYİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nil Makkeyn bu gün keçirilən mətbuat konfransında deyib.

“Bildiyiniz kimi, Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycanın 3 bankında payı var. Söhbət, “AccessBank”, “Unibank” və “Demirbank”dan gedir. Bununla yanaşı, AYİB Azərbaycanda fəaliyyət göstərən 6 banka kredit ayırıb. Qeyd edim ki, bu 9 bankın hər biri kapital adekvatlığı ilə bağlı Mərkəzi Bankın normalarına cavab verir. Biz gələcəkdə həmin banklarda məzənnə dəyişikliyi ilə bağlı baş verə biləcək bütün risklərin öhdəsindən gəlmək üçün öz dəstəyimizi verəcəyik”, – deyə N. Makkeyn qeyd edib.

O qeyd edib ki, devalvasiya təbii haldır və banklar buna hazır olmalıdır.

N. Makkeyn qeyd edib ki, AYİB əməkdaşlıq etdiyi banklarda kapitallaşma prosesini dəstəkləməyə hazırdır.

APA

Son xəbərlər
Digər xəbərlər