15 C
Baku
Saturday, October 19, 2024

Nina Ricci-nin varisi həbs edildi

Paris şəhər məhkəməsi bazar ertəsi Nina Ricci moda evinin 73 yaşlı varisi Arlett Riççi-ni 22 milyon dollar həcmində məbləği vergidən yayınmaqda ittiham etmişdir.

Məhkəmə Rina Ricci-nin nəvəsini 1 illik həbs cəzasına məhkum etmiş və 1 milyon avro dəyərində cərimə təyin etmişdir. Bundan əlavə, məhkəmə təqsirkar Arlett Riççi-nin 4 milyon dəyərində iki daşınmaz əmlak nümunəsini müsadirə etmişdir.

nina-ricci-logo

Arlett Riççi-nin qızı isə 8 ay müddətinə şərti olaraq azadlıqdan məhrum edilib.

Tədqiqatın yekununa əsasən, Arlett Riççi öz vəsaitlərini Panamada qeydiyyatdan keçirdiyi offşor şirkətlər və hesabı sayəsində fransız vergi sistemindən gizləməyi bacarmışdır. Onun vergidən yayınması faktı isə HSBC bankın İsveçrə bölməsinin müştərilər haqqında məlumatların ələ keçirilməsindən sonra bəlli olub.

Son xəbərlər
Digər xəbərlər