“Kyodo” agentliyinin məlumatına görə, Yaponiyanın “Nintendo” şirkətinin oyun konsollarının yaradıcısı Masayuki Uemura 79 yaşında vəfat edib. Bildirilir ki, tərtibatçı bazar ertəsi, dekabrın 6-sı dünyasını dəyişib, onun ölüm səbəbi açıqlanmır.
Banker.az xəbər verir ki, Cənab Uemura 1971-ci ildə mühəndis kimi “Nintendo”ya işə düzəlib. 1981-ci ildə Famicom oyun konsolu üzərində işləməyə başlayıb, daha sonra onun təkmilləşdirilmiş versiyasını – Super Nintendo Entertainment System (SNES). “The Japan Times” yazır ki, indiyədək dünyada 100 milyondan çox “Nintendo” konsolu satılıb.
Masayuki Uemura 2004-cü ilə qədər “Nintendo”da işləyib, son illərdə isə Kyoto Universitetində dərs deyib.