8 C
Baku
Bazar, Yanvar 23, 2022

“Nintendo” oyunlarının nüsxələrini satan saytdan $2.1 mln. təzminat aldı

Video-oyun və konsol istehsalçısı “Nintendo” məhkəmə yolu ilə “RomUniverse.com” saytının sahibindən 2 milyon dollardan çox təzminat alıb. Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Yaponiya şirkəti oyunlarının 50 min nüsxəsinin bu mənbədən yükləndiyini bildirib və müəllif hüquqlarının pozulmasına görə təxminən 16 milyon dollar təzminat tələb edib. Sayt artıq bağlanıb, bu səbəbdən məhkəmə yeni pozuntularla bağlı hər hansı bir təhlükəsinin olmadığı qərarına gəlib.

Xatırladaq ki, “Nintendo” 2019-cu ildə “RomUniverse” sahibi Metyu Stormana qarşı iddia qaldırıb. Oyun nəhəngi pirat mənbənin Yaponiya şirkətinin müəllif hüquqlarının pozulmasına səbəb olduğunu bildirib.

Bundan əlavə, Storman istifadəçilərə oyun yükləməyə imkan verən ödənişli premium hesablat sataraq pul qazanıb. 2019-cu ildə veb-sayt sahibinin bu fəaliyyətindən əldə edilən gəlir 30-60 min dollar arasında dəyişib.

“Nintendo” 49 müəllif hüququ pozuntusunun hər biri üçün 90 min dollar, 28 ticarət markası pozuntusunun hər biri üçün 400 min dollar təzminat tələb edib. Beləliklə, ümumi məbləğ 15.6 milyon dollar olub.

Nəticədə məhkəmə Metyu Stormanın yapon şirkətinə cəmi 2.115 milyon dollar, bunun 400 min dollarını iddiaçının tələb etdiyi kimi ticarət markası hüquqlarının pozulması üçün ödəməyə məcbur edib.

“RomUniverse.com” ən çox ziyarət olunan pirat oyun saytlarından biridir. “Nintendo”nun verdiyi məlumata görə, bu mənbədən oyunların 50 min nüsxəsi yüklənib. 2019-cu ildə “RomUniverse” istifadəçilərinin sayı 600 minə çatıb.

Son xəbərlər
Oxşar xəbərlər