Yaponiyanın “Nintendo Co.” şirkətinin səhmləri, xüsusilə yaddaş çipləri də daxil olmaqla, komplektasiya hissələrinin kəskin bahalaşmasının şirkətin mənfəətinə mənfi təsir göstərə biləcəyi narahatlıqları fonunda ucuzlaşır.
“Bloomberg”in analitika şirkəti “TrendForce”un araşdırmasına istinadən yazdığına görə, bu rübdə “Switch 2” konsolu üçün 12 giqabaytlıq operativ yaddaş modullarının qiyməti 41% artıb.
Çıxarıla bilən yaddaş qurğuları üçün yaddaş kartlarının qiyməti də artıb — təxminən 8%. “Pelham Smithers Associates” şirkətindən Pelhem Smiters bildirir ki, “Amazon”da 256 GB “microSD Express” yaddaş kartı artıq təxminən 90 dollara başa gəlir, lakin oyunçular onları almağa məcburdur, çünki konsolun daxili yaddaşı bir çox oyunlar üçün kifayət etmir. Bu cür kartların bahalaşması “Nintendo”nu birbaşa təsirləndirməsə də, konsolun populyarlığına təsir göstərə bilər.
Çərşənbə günü “Nintendo” səhmləri 2,3% ucuzlaşıb. Ticarət zamanı düşüş 4,7%-ə çatıb və kotirovkalar may ayından bəri ən aşağı səviyyəyə enib. Dekabrın əvvəlindən şirkət təxminən 14 milyard dollar bazar dəyəri itirib.







