9 C
Baku
Saturday, January 31, 2026

Nipah virusuna qarşı peyvənd insanlar üzərində sınaqdan keçiriləcək

Tokio Universitetinin Qabaqcıl Elm və Texnoloji Tədqiqat Mərkəzinin mütəxəssisləri Nipah virusuna qarşı effektiv olacağı gözlənilən peyvənd hazırlayıblar.

İnsanlar üzərində sınaqların birinci mərhələsi aprel ayında başlayacaq.

Nəşr qeyd edib ki, peyvənd qızılca virusu əsasında yaradılıb. O, insan orqanizminə daxil edildikdə Nipah virusunun zülallarına bənzər zülalların istehsalına kömək etməlidir ki, bu da immunitet sistemini gücləndirəcək və yoluxma zamanı infeksiyanın inkişafından qoruya biləcək.

Tokio Universitetinin alimləri artıq peyvəndin effektivliyini və təhlükəsizliyini hamsterlər və digər heyvanlar üzərində aparılan sınaqlar zamanı təsdiqləyiblər. İnsanlar üzərində sınaqların ilk mərhələsi aprel ayında Belçikada başlayacaq. Uğurlu keçəcəyi təqdirdə, böyüklər və uşaqlar arasında təhlükəsizlik və effektivliyin yoxlanılacağı növbəti mərhələlər 2027-ci ilin ikinci yarısında Banqladeşdə aparılacaq.

Peyvəndin hazırlanması və sınaqlarının maliyyələşdirilməsini Yaponiyada peyvəndlərin hazırlanmasını əlaqələndirən “SCARDA” dövlət qabaqcıl tədqiqat və inkişaf mərkəzi təmin edir.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər