“Nissan” ABŞ və Kanadada mühərrik nasazlığına səbəb ola biləcək potensial istehsal qüsurlarına görə 480 mindən çox avtomobili geri çağırır, bu barədə “Associated Press” məlumat verib.
“AP” ilə söhbətində “Nissan” sözçüsü geri çağırışın ABŞ-də 443 899, Kanadada isə 37 837 avtomobilə təsir edəcəyini açıqlayıb.
Agentlik bildirib ki, geri çağırış bəzi 2021-2024-cü il istehsalı “Nissan Rogue”, 2019-2020-ci il “Altima” modellərinə, eləcə də lüks marka adı altında satılan bəzi 2019-2022-ci il “Infiniti QX50” və “Infiniti QX55” avtomobillərinə aiddir.
Ehtiyat tədbiri olaraq, “Nissan” və “Infiniti” dilerləri geri çağırılan avtomobilləri diaqnostika edəcək və zəruri hallarda mühərriki təmir edəcək və ya dəyişdirəcək.