“Nissan” avtomobil şirkəti bir il müddətinə Rusiyada istehsalı dayandırdığını açıqlayıb, Banker.az “RBC”ya istinadən xəbər verir ki, bu barədə konsernin baş direktoru Makoto Uçida məlumat yayıb.
Xatırladaq ki, “Nissan”ın Sankt-Peterburq şəhərindəki zavodu 2022-ci il 7 mart tarixində fəaliyyətini dayandırıb.
Son maliyyə ilində yapon şirkət Rusiya və Ukraynadakı əməliyyatlardan 408 milyon dollar zərər edib.