“Nissan” şirkəti bir neçə müəssisəsində istehsalı dayandırıb.
Yaponiya şirkətinin bu addımı atmasına səbəb Fukosima sahillərində 7.3 ballıq zəlzələdir. İstehsalın dayandırılmasının müvəqqəti xarakter daşıdığı bildirilib.
Qeyd edək ki, Yaponiyanın şimal-qərbində yerləşən Fukosima sahillərində 13 fevralda 7.3 ballıq zəlzələ olmuşdu. Nəticədə 160 nəfərin xəsarət aldığı açıqlanmışdı.