Yaponiyanın avtomobil istehsalçısı “Nissan” maliyyə vəziyyətini möhkəmləndirmək üçün Almaniyanın “Daimler” avtomobil konsernindəki səhmlərini təxminən 1,19 milyard avroya satdığını elan edib.
Bunu “Bloomberg” xəbər verir.
Bununla da, “Nissan” “Daimler”dəki payını mart ayında satan Fransanın avtomobil istehsalçısı “Renault”a qoşuldu. “Nissan” səhmlərini satmaqla gəlirliliyi bərpa etmək və səhmlər portfelini yenidən düzəltməyə çalışır.
Qeyd edək ki, Renault-Nissan-Mitsubishi alyansının keçmiş rəhbəri Karlos Qonun 2018-ci ildə həbs olunmasından sonra “Nissan” maliyyə problemləri ilə üzləşib.