15 C
Baku
Saturday, April 27, 2024

“Nissan” “Datsun” brendi altında avtomobil istehsalını dayandırır

“Nissan” avtomobil şirkəti “Datsun” brendi altında avtomobil istehsalını dayandırır. Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir. Vurğulanır ki, “Nissan” bu avtomobillərin istehsalı üçün ayrılan vəsaiti elektromobillərin inkişafına sərf etməyi planlaşdırır.

“Datsun” brendi altında avtomobillər 1931-ci ildə istehsal olunmağa başlayıb. Bu avtomobillər “aşağı qiymət və etibarlılıq” ilə tanınıb. Yerli bazarda uğur qazandıqdan sonra “Datsun” 1958-ci ildə ABŞ bazarına çıxıb.

2012-ci ildə şirkət brendin fəaliyyətini bərpa etdiyini elan edib – onun altında Rusiya, Hindistan və İndoneziya da daxil olmaqla inkişaf etməkdə olan bazarlar üçün aşağı qiymətə avtomobillər istehsal etməyə qərar verib. 2014-cü ildə satışlar başlayıb, 2016-cı ildə isə “Datsun” dünyanın on ölkəsində bazara çıxıb. Buna baxmayaraq, o vaxtdan bəri satışlar 13 dəfədən çox azalın: 2021-ci ildə cəmi 6.4 min “Datsun” avtomobili satılıb”.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər