14 C
Baku
Saturday, April 27, 2024

“Nissan” gəlirinin 45% aşağı düşməsini proqnozlaşdırır

Yapon avtomobil istehsalçısı olan “Nissan”, cari maliyyə ilində gəlirinin  2018-ci il ilə müqayisədə 45% aşağı düşməsini proqnozlaşdırır. Bu haqda Reuters xəbər verir.

Banker.az xəbər verir ki, Şirkətin nümayəndələrinin proqnozlarına görə, 2019-cu ilin mart ayından 2020-ci ilin martına qədər şirkətin mənfəəti 2,4 milyard dollar azalacaqdır. “Nissan” bunu ABŞ-da olan nəqliyyat vasitələri üçün zəmanət öhdəliklərinin genişləndirilməsi ilə əlaqələndirir.

Bundan əlavə, şirkət hesab edir ki, sədr vəzifəsini icra edən Carlos Gon-un həbs edilməsi, “brend üzərinə kölgə salmış olub”. Bu da satışların aşağı düşməsinə gətirib çıxarıb.

Xatırladaq ki, “Renault-Nissan-Mitsubishi” şirkətinin eks-rəhbəri Carlos Gon, Yaponiyanın maliyyə qanunvericiliyini pozmaqda günahlandırılır. O, 2018-ci ilin noyabr ayında həbs edilib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər