Avropa komissiyası Mitsubishi şirkətinin qiymətli kağızlarının yapon avtomobil nəhəngi olan Nissan tərəfindən alınması ilə bağlı müqavilənin antimonopol yoxlanışını başa vurdu. Nissan şirkəti Mitsubishi-nin 34% səhmini 2,2 milyard dollara əldə etdikdən sonra Mitsubishi şirkətinin nəhəng səhmdarına çevriləcək və onun gələcək inkişafına təsir etmək iqtidarında olacaq.
Mutsubishi şirkətinin səhmlərini almaq şansını Nissan bu yaxınlarda əldə edib. Bu iki şirkət əvvəllər kompakt şəhər avtomobillərinin yaradılması üzrə əməkdaşlıq edirdilər. Mitsubishi Nissan üçün uyğun modellər yaradırdı. Daha sonra Mitsubishi mühərriklərin ekoloji tələblərə cavab verməsi ilə bağlı testdə fırıldaqçılıq etdiyini etiraf etdi. Bu hadisə Nissan şirkətinə də təsirsiz ötüşmədi. Bu hadisələr fonunda Mitsubishi şirkətinin səhmlərinin dəyəri iki dəfə endi. Nissan şirkəti isə dərhal olaraq 34%-lik portfeli almaq niyyətində olduğunu bildirdi.
Renaut-Nissan rəhbəri Karlos Qon bildirib ki, müqavilə Renaut-Nissan şirkətinə tarixi dəyişikliklər yaşadacaq və tezliklə bu dəyişikliklər haqqında məlumat veriləcək. Alyans rəhəri yalnızca şirkətin geniş miqyaslı biznes planlarına hazırlığın getdiyini dilə gətirib.
Renaut-Nissan alyansı Mitsubishi şirkətinin köməkliyi ilə beynəlxalq avtomobil bazarında bir neçə inqilaba imza atmağı planlaşdırır.