“Nissan” “Mitsubishi”nin səhmlərinin 34%-ni alıb. TASS agentliyi xəbər verir ki, bu barədə “Mitsubishi” məlumat yayıb.
Bildirilir ki, bundan sonra “Mitsubishi”nin Direktorlar Şurasına da “Nissan”ın prezidenti Karlos Qon rəhbərlik edəcək. K. Qon dekabrın 14-dən vəzifələrinin icrasına başlayacaq. Bununla, o, “Renault” avtomobil konserninin Direktorlar Şurasının da sədri olmaqla eyni anda 3 rəhbər vəzifəni tutacaq.
Qeyd edək ki, “Nissan” mayın 12-də “Mitsubishi”nin səhmlərinin 34%-nin alınması ilə bağlı danışıqların getdiyini bildirib. Əqd 2,28 mlrd. dollar dəyərində qiymətləndirilib.
APA