11 C
Baku
Saturday, November 16, 2024

“Nissan Motor” şirkətinin xalis zərəri 3 mlrd. dolları ötüb

Yaponiyanın avtomobil istehsalçısı “Nissan Motor” şirkətinin 2020-2021-ci maliyyə ilinin doqquz ayı ərzində (31 dekabr 2020-ci il tarixində bitib) səhmdarlarına aid olduğu xalis zərəri 367,72 mlrd. yen (3,48 mlrd. ABŞ dolları) təşkil edib. Halbuki bir il əvvəl şirkət analoji dövrü mənfəətlə başa vurmuşdu.

Bu barədə şirkətin maliyyə hesabatında deyilir.

Bir səhm üzrə zərər bir il əvvəlki 10,04 yen (0,09 dollar) mənfəətə qarşı 93,98 yen (0,89 dollar) təşkil edib. “Nissan”ın əməliyyat itkisi keçən ilin eyni dövründəki mənfəətə qarşı 131,63 mlrd. yen (1,25 mlrd. dollar) olub. Gəlir illik ifadədə 29,2% azalaraq 5,317 trln. yenə (50,4 mlrd. dollar) təşkil edib.

Maliyyə ilinin doqquz ayında “Nissan Motor”un satışlar 24,8% azalaraq 2,78 mln. avtomobil təşkil edib. Rusiya da daxil olmaqla Avropada “Nissan”ın satışları 28,9% azalaraq 281 min avtomobilə enib.

Xatırladaq ki, Yaponiyanın ən böyük avtomobil istehsalçılarından biri sayılan “Nissan Motor” şirkəti “Renault-Nissan-Mitsubishi” alyansına daxildir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər