22 C
Baku
Saturday, June 7, 2025

“Nissan” Rusiya bazarına qayıdır

2022-ci ildə Rusiya bazarını tərk edən Yaponiyanın avtomobil istehsalçısı “Nissan Motor” əmtəə nişanlarının qeydiyyatı üçün Rospatentə müraciət edib.

Şirkət müxtəlif orfoqrafiya və dizaynda olan “Nissan” ticarət nişanlarını, o cümlədən loqoları, həmçinin özünün digər brendlərini – “Infiniti”, “Nismo” və “Datsun”u qeydiyyatdan keçirməyi planlaşdırır.

Qeydiyyat malların və xidmətlərin beynəlxalq təsnifat sinifləri üzrə, o cümlədən nəqliyyat vasitələri, tikinti, pərakəndə və topdansatış ticarəti, habelə maliyyə xidmətləri sahəsində aparılacaq.

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər