“Nissan” avtokonserni “yaxın günlərdə” Sankt-Peterburqdakı zavodunun fəaliyyətini dayandıracağını açıqlayıb.
Banker.az bu barədə “Ria Novosti”yə istinadən xəbər verir.
“Rusiyadakı fəaliyyətə gəlincə, avtomobillərin Rusiyaya ixracı artıq dayandırılıb, indi də yaxın günlərdə Sankt-Peterburqdakı zavodun fəaliyyətinin dayandırılması planlaşdırılır”, – məlumatda deyilir. Bundan əlavə, avtomobil istehsalçısı Ukraynaya 2,5 milyon avro məbləğində humanitar yardım göndərəcəyini vurğulayıb.
Daha əvvəl bildirilmişdi ki, avtomobil istehsalçısı işçilərinə Rusiyanı tərk etməyi tövsiyə edir. Sankt-Peterburqdakı “Toyota” zavodu martın 4-ü bağlanıb.