“Nissan” avtomobil konserni direktorlar şurasının keçmiş sədri Karlos Gona qarşı 91 milyon dollarlıq iddia qaldırdı.
Banker.az xəbər verir ki, şirkətin verdiyi açıqlamada göstərilir: “Konsern Karlos Gon tərəfindən törədilən qanun pozuntuları və saxta fəaliyyət nəticəsində çəkdiyi maddi zərərin əhəmiyyətli hissəsinin geri qaytarılmasını hədəf tutur”.
Xatırladaq ki, Karlos Gon 2018-ci ilin noyabr ayında həbs edilmişdir. Bunun səbəbləri kimi maliyyə pozuntuları, illik əmək haqqının azaldılması və şirkətin vəsaitlərindən qeyri-qanuni istifadə göstərilir. 2019-cu ilin dekabr ayında Gon Yaponiyadan qaçaraq, Livana yollanır.