9 C
Baku
Thursday, December 12, 2024

“Nissan” şirkəti Yaponiyada da zavodunu müvəqqəti dayandıracaq

Yaponiyanın avtomobil istehsalı sahəsində tanınmış “Nissan Motor” şirkəti ölkənin cənub-qərbində yerləşən zavodunu yeni koronavirus yoluxmasına görə müvəqqəti dayandıracaq.

Şirkət həmin zavodda əsasən ixrac üçün avtomobillər istehsal edir. Zavodun fəaliyyətinin dayandırılmasının səbəbi kimi, Çində istehsal edilən ehtiyat hissələrin göndərilməsində yaranan problem göstərilir.

Bildirilir ki, şirkət Fukuokadakı zavodunun işini fevralın 14-dən 17-dək dayandıracaq. Yaponiyada yoluxma təhlükəsi ilk dəfə zavodun dayanmasına səbəb olur.

Bununla yanaşı, Çinin Pekin, Şanxay və digər şəhərlərində uzadılmış Yeni il tətillərindən sonra müəssisələrin öz fəaliyyətini bərpa etdiyi bildirilir.

Lakin ehtiyat hissələr istehsal edən zavodların işinin bərpası üçün müəyyən vaxt lazım olduğu qeyd edilir.

Son xəbərlər
Digər xəbərlər