Yaponiyanın aparıcı avtomobil istehsalçısı “Nissan” şirkəti 2030-cu illərin əvvəlindən tamamilə elektromobil istehsalına başlayacaq.
Bu barədə şirkətin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, “Nissan” həmin vaxta qədər elektromobil istehsalı üzrə dünya liderlərindən biri olacaq. Bu hədəf şirkətin 2050-ci ilə qədər karbon emissiyasını sıfırlamaq istəyinin bir hissəsidir.
Xatırladaq ki, ötən il “Nissan” 2023-cü ilə qədər istehsal etdəcəkləri məhsulların 60%-nin elektromobillərin payına düşəcəyini bəyan etmişdi.