6 C
Baku
Wednesday, February 5, 2025

“Nissan” və “Honda” birləşməni təxirə salıb

Yaponiyanın avtomobil istehsalçıları “Nissan” və “Honda” dekabr ayında elan etdikləri birləşməni təxirə salıb, “The Wall Street Journal” (WSJ) yazır.

Müqaviləyə əsasən, şirkətlər bərabər şərtlərlə bir holdinqə daxil olmalıdır, lakin “Honda” bu yaxınlarda yeni təkliflə çıxış edib. Təklifə görə, “Nissan” “Honda”nın törəmə şirkəti olacaq. Gözləndiyi kimi, “Nissan” bu təkliflə razılaşmayıb. Yekun qərar hələ verilməyib və şirkətin direktorlar şurası məsələni müzakirə etmək üçün çərşənbə günü toplaşacaq.

Sözügedən holdinq 2026-cı ildə yaradılacaq. “Mitsubishi” (“Nissan” onun səhmlərinin 24%-nə sahibdir) də birləşmədə iştirak edə bilər.

“Honda” Yaponiyanın ikinci ən böyük avtomobil istehsalçısıdır, “Nissan” isə üçüncüdür. Birləşmə baş tutduğu halda yeni şirkət “Toyota” və “Volkswagen”dən sonra avtomobil satışlarına görə dünyanın üçüncü ən böyük avtomobil qrupu olacaq.

Qeyd edək ki, şirkətlər Çinin “BYD” və Amerikanın “Tesla” kimi elektromobil istehsalçıları ilə rəqabət aparmaq üçün birləşməyi düşünürlər. “Bloomberg” yazır ki, birləşmə danışıqlarındakı çətinliklər həm də “Nissan” səhmlərinin 35%-dən çoxunun Fransanın “Renault” konserninə məxsus olması ilə bağlıdır.

Son xəbərlər
Digər xəbərlər