9 C
Baku
Thursday, December 12, 2024

“Nissan” yaxın 12-14 ayda mövcudiyyətini dayandıra bilər – “Financial Times”

“Nissan”da vəziyyət getdikcə daha da çətinləşir. Dilerlər avtomobilləri zərərlə satırlar, istehsal azalır, bu yaxınlarda minlərlə işçi ixtisar olunub, eyni zamanda şirkət “Mitsubishi”dəki payının üçdə birini satıb, “Financial Times” yazır.

Yeni hesabat “Nissan”ın gələcəyinin qeyri-müəyyən olduğunu göstərir.

Qəzet bildirir ki, “şirkətin sağ qalmaq üçün 12-14 ay” vaxtı var. “FT” həm Yaponiya, həm də ABŞ-dən vəsait əldə etməyin zəruriliyini vurğulayaraq, “Nissan”ın qarşılaşdığı çətinliklərə xüsusi diqqət yetirməli olduğunu qeyd edib.

Məlumata görə, “Nissan” “Renault”un şirkətdəki payının bir hissəsini əvəz etmək üçün böyük bank və ya sığorta qrupu kimi yeni uzunmüddətli investor axtarır. Şirkət həmçinin, uzun müddətdir rəqibi olan “Honda”nın səhmlərin əksəriyyətini ələ keçirməsi ehtimalını istisna etməyib və qeyd edib ki, “bütün seçimlər” masadadır.

“Nissan” bu yaxınlarda elektrikli avtomobillərin uzunmüddətli inkişafı üçün “Honda” ilə əməkdaşlıq etməyə başlayıb.

ABŞ və Yaponiyada ləng satışlar səbəbindən “Nissan” bu yaxınlarda 9000-dən çox iş yerini ixtisar edib və istehsalı təxminən 20% azaldıb. Şirkətin əməliyyat mənfəəti üçüncü rübdə 85% azalaraq, 9.3 milyard yen (60.1 milyon dollar) xalis zərərlə nəticələnib. “Nissan” yenidən strukturlaşdırma səyləri çərçivəsində iş yerlərinin və istehsalın azaldılması hesabına 3 milyard dollar qənaət etməyi gözləyir.

Son xəbərlər
Digər xəbərlər