5 C
Baku
Friday, November 8, 2024

“Nissan” yaxın 2-3 ildə iflasa uğrayacaq

“Nissan” şirkətinin keçmiş icraçı direktoru Karlos Gon, avtomobil istehsalçısının yaxın iki-üç il ərzində iflas edəcəyini gözləyir.

Banker.az xəbər verir ki, bu haqda mətbuat konfransında onun vəkillərindən biri – Nobuo Gohara məlumat verib.

Qeyd edək ki, Gohara və Gon son dəfə sabiq rəhbərin qaçmasından iki gün əvvəl görüşüblər. 2019-cu ilin dekabrın sonlarında, Yaponiyada saxlanılan Karlos Gon, birinci İstanbula, daha sonra isə Livana qaçıb.

Karlos Gon bildirir ki, onun əsas məqsədi “Livanı tərk etmək deyil, burada qalıb yaşamaqdır” və o, yerli məhkəmə orqanlarına daha çox güvənir.

Onun sözlərinə görə, “Nissan” ın rəhbərliyi ona qarşı sui-qəsd hazırlayıb və onun “Yaponiyanın ədalətli mühakimə olunma şansı yox idi”.

Son xəbərlər
Digər xəbərlər