10 C
Baku
Thursday, December 12, 2024

“Nissan”ın eks-rəhbərinin həbs müddəti uzadıldı

Tokio rayon məhkəməsi “Renault” və “Nissan” şirkətlərinin keçmiş rəhbəri Karlos Qonun həbs müddətini uzadıb.  O, aprelin 22-nə qədər həbsdə qalacaq.

Qeyd edilir ki, bu müddət ərzində məhkəmə ya Qona qarşı rəsmi ittiham irəli sürməli, ya da onu azadlığa buraxmalıdır.

Xatırladaq ki, 64 yaşlı Karlos Qon 80 milyon dollardan çox maliyyə gəlirini gizlətməkdə şübhəli bilindiyi üçün ötən ilin noyabrında könüllü olaraq Tokio prokurorluğuna gedərək təslim olmuşdu. O, 4 ay həbsdə qaldıqdan sonra 1 milyard yen (9 milyon dollar) müqabilində zaminə buraxılmışdı.

©Qafqazinfo

Son xəbərlər
Digər xəbərlər