9 C
Baku
Thursday, December 12, 2024

“Nissan”ın yeni elektrokarı sürücünün köməyi olmadan parkinq həyata keçirə biləcək

Yaponiyanın Nissan şirkəti Tokioda keçiriləcək avtosalon çərçivəsində Nissan Intelligent Mobility strategiyasının yeni elektrik konseptini təqdim etmək niyyətindədir. 

Xarici mətbuata istinadən xəbər verilir ki, yenilik təkmilləşdirilmiş platformanı nəzərdə tutan sitikar olacaq. İstehsalçılar avtomobil sürmədən maksimal həzz almağa imkan yaradan qabaqcıl variantları təklif ediblər. Öz növbəsində, Nissan IMk modeli rahat və qayğısız idarəetməni həyata keçirməyə imkan verir.

Bundan başqa, yapon mühəndisləri pilotsuz gediş variantını tətbiq ediblər. Bunun hesabına avtomobil müstəqil hərəkət edə, həmçinin sürücünün köməyi olmadan müxtəlif yerlərdə parkinq həyata keçirə bilər. Avtomobilin qalan xüsusiyyətləri hazırlanan debüt çərçivəsində məlum olacaq.

Son xəbərlər
Digər xəbərlər