1. Bununla bağlı məzəli bir tapşırığımız var: Hər hansı bir ev əşyasını, məsələn tavanı götürün və 5 dəqiqə ərzində onun haqqında gözəl ədəbi dildə danışmağa çalışın. Ilk əvvəl bu proses sizə açıq-aşkar çətinliklər törətməyə başlayacaq, lakin tədricən asanlaşacaq. Tədricən məşqə ayırdığınız vaxtı artırın və mövzunu çətinləşdirin. Bu məşğələlər sizə uyğun sözlər seçməkdə kömək edəcək və siz tava haqqında heç bir təkrar ifadə istifadə etmədən bir saat müddətində danışa biləcəksiniz.
2. Nitqinizdə “amma”, “ümumiyyətlə”, “elə bil ki”, “yəni” və s. kimi parazit sözlərdən mümkün qədər az istifadə edin. Nitq zamanı güclü emosiyalar göstərməkdən uzaq durun. Sadə ifadələrdən istifadə edin, tələsməyin.
3. Nitq tempinə nəzarət etmək mütləqdir. Monoton nitq ağlasığmaz dərəcədə darıxdırıcı təsir bağışlayır. Fasilələr edin və müəyyən məqamlarda emosiyalarınızı göstərin, lakin güclü şəkildə deyil.
4. Söhbət zamanı müxtəlif metafora, müqayisə və məsəllərdən istifadə edin. Bu, nitqinizə əhəmiyyətli dərəcədə canlılıq gətirəcək. Və təbii ki, yumor. Yerində edilmiş zarafatlar çox güclü təsir bağışlayır və səmimi mühit yaratmağa imkan verir.
5. Nitq bacarığınızı inkişaf etdirmək üçün geniş ünsiyyət dairəsinə malik olmaq lazımdır. Əgər belə bir imkanınız yoxdursa, onda radio və televizor da işə yarayar. Sevimli tele-aparıcınızın söz və intonasiyasını təkrar etməklə onu təqlid edə bilərsiniz.
6. Müxtəlif yönlü ədəbiyyatlar oxuyun: qəzet, jurnallar. Oxuyarkən tələsməyin, hər cümlə üzərində düşünün. Bu sizə sözləri cümlədə düzgün istifadə etməyə imkan verəcək və sizin lüğət ehtiyatınızı artıracaq.
Söz bazasını genişləndirmək və qazandığınız bilikləri danışıq zamanı istifadə etməklə siz sözlər üzərində hakimiyyət əldə etdiyinizi və onları idarə etdiyinizi görəcəksiniz.
Bir neçə ay məşq etdikdən sonra artıq siz fikirlərinizi ifadə etməkdə heç bir problem yaşamayacaqsınız. Bununla da siz mürəkkəb şeylərin mahiyyətini sadə sözlərlə ifadə edə biləcəksiniz.