0 C
Baku
Thursday, February 9, 2023

Nitqinizi təsirli edin!

Budur sizə nitqinizi daha keyfiyyətini artıran və daha təsiredici edən bir neçə faydalı məsləhəti təqdim edirik:

1) Daha çox fərqli ədəbiyyat oxumağa çalışın: qəzetlər, jurnallar, kitablar. Oxuyarkən tələsmək lazım deyil, hər cümlə üzərində düşünmək lazımdır. Bu sizə cümlə daxilində sözləri düzgün şəkildə qurmağa və lüğət ehtiyatınızı artırmağa kömək edəcək.

2) Çalışın öz nitqinizdən parazit sözləri uzaqlaşdırasınız: “şey”, “hmm”, “əslində”, “ümumilikdə”, “başa düşdünüzmü” və s. Çıxış edərkən emosiyalarınızı güclü şəkildə biruzə verməyin. Bu zaman tələsməyin və sadə cümlələrdən istifadə edin.

3) Nitqin tempinə mütləq nəzarət etmək lazımdır. Monoton danışıq insanlarda inanılmaz dərəcədə cansıxıcılıq yaradır. Fasilələrə diqqət edin və müəyyən olunmuş zamanlarda emosiyalarınızdan istifadə edin, lakin güclü emosiyalardan yox.

4) Söhbət zamanı müxtəlif metaforalar, müqayisələr, deyimlərdən istifadə edin. Bu əhəmiyyətli dərəcədə nitqinizi canlandıracaq. Bu zaman yumoru da unutmaq lazım deyil. Lakin bu zaman vəziyyətə uyğun və məntiqli zarafatlardan istifadə etmək mütləqdir.

5) Öz nitqinizi məşq etdirmək üçün geniş ünsiyyət əhatəsinə sahib olmaq lazımdır. Bu ünsiyyət əhatəsinin olmaması zamanı radio və televizor sizin köməyinizə gələ bilər. Bu zaman öz sevimli televiziya aparıcınızı təqlid edə bilərsiniz: onun cümlələrini təkrar edin, intonasiyasına diqqət yetirin.

6) Daha bir maraqlı çalışma məsləhət görə bilərik. Hər hansı məişət əşyasını götürün, məsələn, tavanı götürün və 5 dəqiqə ərzində onun  haqqında gözəl bədii obrazda danışmağa çalışın. İlk olaraq bu proses sizə çətin gələcək, lakin zaman keçdikcə, hər şey daha da asanlaşacaq. Bu məşqlər sizə danışıq zamanı sözləri düzgün şəkildə seçməyə kömək edəcək və zamanla siz 1 saat ərzində bu əşya haqqında ətraflı və dolğun nitq söyləyə biləcəksiniz.

Nitq üçün informasiyanı hər yerdən əldə etmək olar: kitablardan, məqalələrdən, qəzetlərdən və s. Mənasını anlamadığınız sözlərin nə mənaya gəldiyini araşdırın və onları düzgün tələffüz etməyi öyrənin.

Bir neçə ay bu məşqləri etdikdən sonra nitq zamanı fikrinizi düzgün şəkildə ifadə etməyi öyrənəcəksiniz.

Son xəbərlər
Digər xəbərlər
X