12 C
Baku
Friday, March 29, 2024

“Niyə 10 min 1 dollarlıq kreditə kompensasiya hesablanmasın?!”

Ötən bazar günü İTV-in “Diqqət Mərkəzi Yekun” verlişində problemli kreditlərə kompensasiyanın ödənilməsi məsələsi müzakirə edilib. Müzakirələrdə iştirak edən Vüqar Bayramov borc ödəmiş zaminlərə və eləcə də avtomobil kreditini ödəmişlərin hesablarına birbaşa kompensasiyanın ödənilməsi ilə bağlı mexanizm hazırladıqlarını və hələ bu ilin mart ayında hökumətə təqdim etdiklərini deyib.

O deyib ki, borcu qaytar İqtisadçı alim eyni zamanda bildirib ki, 10 min dollardan artıq olan istehlak kreditlərinə də kompensasiyanın verilməsinə ehtiyac var: “Hüquqi baxımdan 10 min dollardan çox olan kreditlərə kompensasiyanın verilməsi mümkündür. Belə kreditlərin ilk 10 min dollarına differensial olaraq güzəşt tətbiq oluna bilər”.

Vüqar Bayramov sual edib: “10 min dollarlıq kreditə kompensasiya verilirsə 10 min 1 dollarlıq kredit niyə kompensasiya almasın?””. İqtisadçı alimin sözlərini iştriakçı tamaşaçılar alqışla qarşılayıblar.


Son xəbərlər
Digər xəbərlər