26 C
Baku
Saturday, July 5, 2025

Niyə avro-dolların orta müddətdə 1.25 səviyyəsinə çata biləcəyini düşünülür?

Avro ABŞ dolları qarşısında son iki onillikdə ən uzunmüddətli artım seriyasını qeydə aldı və vacib fakt budur ki, opsion treyderləri bu rallinin hələ bitmədiyinə inanırlar.

Banker.az xəbər verir ki, avro 2021-ci ilin sentyabrından bəri ən yüksək səviyyəyə çatmaqla 1.18 səviyyəsini keçmişdi. Bu, 2004-cü ildən bəri avronun ən uzun ardıcıl yüksəliş dövrüdür və yalnız iki dəfə, valyutanın 1999-cu ildə tətbiqindən bəri, bu göstərici keçilmişdi.

ABŞ dollarının altı əsas valyuta səbəti qarşısında ölçülən indeksi (DXY) 2022-ci ilin fevralından bu tərəfə minimum səviyyə olan 96 bəndə düşüb. Bu Rusiyanın Ukraynanı işğal etməsindən sonra qeydə alınan minimal rəqəmdir. “Bloomberg”in dollar indeks “Bloomberg Dollar Spot Index” isə Senatda Donald Trampın 3.3 trilyon dollarlıq vergi və xərclərin azaldılması qanun layihəsinin qəbulundan sonra seansın ən yüksək səviyyəsinə yüksəlib. İndeks həmçinin ABŞ əmək bazarına dair həftənin ilk hesabatının Federal Ehtiyat Sistemini (FED) yaxın ayda faiz endirimlərinə əsaslandıracaq qədər zəif çıxmaması fonunda da güclənib. Sonradan indeks bir qədər zəiflədi.

Avro dünən günü 0.3% bahalaşaraq 1.1820 dollar səviyyəsində ticarət olunub. Son sürətli yüksəlişlər opsion treyderlərinin mövqelərini daha da optimist şəkildə qurmasına səbəb olub. Bazar əhvalını ölçmək üçün yaxından izlənən “risk-reversal”  göstəricisi ötən həftə il ərzində üçüncü ən güclü optimist təzələnməni nümayiş etdirib. “Depository Trust & Clearing Corporation”un məlumatına görə, ötən həftə bağlanan opsionların təxminən üçdə ikisi daha güclü avronu hədəfləyib.

Avronun rallisi dolların uzunmüddətli zəifləməsi fonunda baş verib. Son zamanlar ABŞ-dan gələn zəif makroiqtisadi məlumatlar və FED-in Avropa Mərkəzi Bankı ilə müqayisədə daha aqressiv şəkildə pul siyasətini yumşaldacağına dair gözləntilər bu tendensiyanı gücləndirib. “Danske Bank” strateqlərinin fikrincə, geosiyasi risklərin azalması və diqqətin yenidən ABŞ iqtisadiyyatı və siyasi fonuna yönəlməsi ilə dolların struktur zəifləməsi yenidən başlayıb.

“Hazırda dolların zəifləyəcəyinə dair çox səbəb var – o cümlədən yeni FED sədrinin gözləniləndən tez təyin olunması ehtimalı,” – deyə, “Danske Bank”dan olan Cens Nerviq Pedersen bildirib.

32423Foto: İnvestaz İ.Ş. (MT4), həftəlik qrafik

Bu il G-10 (ən böyük 10 ölkə) ölkələrinin bütün valyutaları dollar qarşısında güclənib. Avro bu müddətdə dollar qarşısında təxminən 14% bahalaşaraq İsveçrə frankı ilə birlikdə ən yaxşı göstəricilərə malik olub. Dollar indeksi isə 9%-dən çox ucuzlaşıb.

“Trampın ticarət tarifləri inflyasiyaya risklər yaradır və bu, FED-in faiz endirimlərinə getmək imkanını məhdudlaşdırır. Bu da o deməkdir ki, FED digər G-10 mərkəzi banklarına nisbətən daha çox yumşalma addımı atmalı olacaq,” – deyə “MUFG” analitikləri qeyd ediblər. “Avronun qazandığı mövqeləri və aşağıya doğru nəzərəçarpacaq korreksiya riskinin məhdud olduğunu nəzərə alsaq, bu ilin sonlarına doğru 1.20 səviyyəsinin real məqsəd olduğunu düşünürük.”

Analitiklər avronun yaxın aylarda 1.20 səviyyəsinə doğru irəliləməsini daha çox ehtimal edirlər. “Societe Generale”dən Kit Cuks da daxil olmaqla strateqlər ümumi valyutanın il ikinci yarısında yen və bəzi Asiya valyutaları qarşısında geri qalacağına baxmayaraq, orta müddətdə 1.25 səviyyəsində zirvəyə çatacağını proqnozlaşdırırlar.

Avropa Mərkəzi Bankının vitse-prezidenti Luis de Qindos çərşənbə axşamı bildirib ki, avronun 1.20 səviyyəsinə yüksəlməsi “qəbulolunandır”, lakin daha çox güclənməsi siyasətçilərin işini çətinləşdirəcək.

Bloomberg-dən olan analitiklər isə valyutanın yüngül möhkəmlənməsi ECB üçün ciddi problem yaratmasa da, çox sürətli artımlar maliyyə şərtlərini sərtləşdirə və iqtisadi artıma zərər vura biləcəyinə eyham vururlar.

“J.P. Morgan Asset Management” şirkətində Qlobal Foreks Strategiyası rəhbəri Nikolas Vollun fikrincə, ECB avronun ehtiyat valyuta kimi daha çox tələbat görməsini alqışlamaqla düzgün addım atır. “Avronun güclənməsi, xüsusən də neft qiymətlərinin artdığı dövrdə, Avropa üçün müsbət haldır,” – deyə o qeyd edib.

Avro avronun rallisi fonunda yuan qarşısında da 2014-cü ildən bu yana ən güclü səviyyəyə çatıb. Avrozonada son inflyasiya göstəriciləri isə ECB-nin mövqeyini dəyişməsi üçün əsas yaratmayıb. Fransada və İspaniyada qiymətlər artsa da, İtaliyada stabil qalıb, Almaniyada isə gözlənilmədən azalıb. Bu isə mərkəzi bankın inflyasiyanın davamlı şəkildə 2%-lik hədəfə yaxınlaşacağına dair fikrini möhkəmləndirib.

 

Son xəbərlər
Digər xəbərlər