8 C
Baku
Çərşənbə, Oktyabr 27, 2021

Niyə hədəflərinizi başqaları ilə bölüşməməlisiniz?

Sosial mediada verilən vədlər gözləmədiyiniz nəticələrə gətirib çıxara bilər. 

Bəzən tərif mane olur

Aviasiyanın yaranması haqqında danışmağa başladıqda, ağlımıza ilk olaraq Rayt qardaşları gəlir. Halbuki, bir vaxtlar onlar autsayderlər hesab olunurdular. Və amerikalıların əksəriyyəti astronom və fizik Samuel Lenqlini dəstəkləyirdi. 

O, avtoritet sayılırdı və çox vaxt iddiaları haqqında ucadan danışırdı. Buna baxmayaraq, ilk insan uçuşun məhz Rayt qardaşları bacara bildilər, məşhur alim isə uğursuzluğa düçar oldu. 

Bəlkə də Rayt qardaşlarının bu qələbəsi işə olan həvəs, daxili motivasiya və tərif çatışmazlığı ilə əlaqələndirilə bilər. İnsanlar hələ həyata keçirilməmiş məqsədlər haqqında bar-bar bağıran Lenqliyə heyran idilər, Rayt qardaşlarına heç fikir verən belə yox idi. 

Tərif eşitdiyimiz zaman, artıq qalib olduğumuzu düşünməyə başlayırıq. Bu, məqsədə çatmaq üçün səy göstərməyə davam edəcəyimizi şübhə altına alır. 

Bu barədə psixoloq Piter Gollitzer yazır. Onun araşdırmasına görə, şəxsiyyətimizlə sıx bağlı olan məqsədlərimiz ictimaiyyətə açıq olduqda, onlara çatma ehtimalı qat-qat azalır. 

Məsələn, gün ərzində daha çox su içmək istəyirsiniz və dostlarınıza (və ya ailənizə) bu haqda məlumat verirsiniz. Bunun nəticəyə əhəmiyyətli dərəcədə təsir göstərəcəyi ehtimalı azdır, çünki su içmək istəyi sizin özünüz haqqında olan fikirlərlə əlaqəli deyil. 

Lakin hədəfiniz bir ayda 20 kilo arıqlamaqdırsa, bu barədə sosial şəbəkələrə yazmasanız yaxşıdır. Niyyətinizi danışandan sonra, ətrafınızdakı insanlardan tərif alacaqsınız və özünüzü uğurlu sanaraq, ideyanızdan daşınacaqsınız. 

Siz uğur qazanmaq şansını artıra bilərsiniz

Qorxularınızı müəyyən edin

Sahibkar, yazıçı və sərmayəçi Tim Ferris əvvəlcə hədəfinizə çatmaq üçün hansı qorxuların ola biləcəyini anlamağı məsləhət görür. Deyək ki, biznes qurmaq istəyirsiniz. Əvvəla, onunla əlaqəli təhlükələri yazın. Məsələn: pulları itirmək, işimdən olmaq, ətrafdakı başqalarının gözündə gülüş səbəbinə çevrilmək və s. 

Daha sonra bu hadisələrin qarşısını necə ala biləcəyinizi və ya onların baş vermə ehtimalını azaltdığınızı düşünün. Məsələn, birinci qorxu üçün: “Yalnız X min sərmayə qoyacağam, buna görə hər şeyimi itirməyəcəyəm. Və sonda qorxularınız gerçəkləşsə nə edəcəyinizi yazın. 

Məsələn, itirdiyiniz pulları geri qaytarmaq üçün müvəqqəti olaraq barmen işləyəcəksiniz. Beləliklə, sizə hədəfə doğru getməyinizə mane olan qorxudan qurtulmuş olacaqsınız. 

Özünüzü rəqiblərlə əhatə edin

Alimlər bu yaxınlarda araşdırma apardılar: rəqabət hədəflərə çatmağımıza necə təsir göstərir? Bunun üçün Pensilvaniya Universitetinin 800 tələbə 11 həftə boyunca tək və ya komanda şəklində təlim proqramına qatıldı. Komandaların bir qismi dəstək, digəri isə rəqabətə əsaslanırdı. 

Məlum oldu ki, rəqabətə əsaslanan komandaların tələbələri dərslərdə 90%-a qədər daha çox iştirak edirdilər. 

Buradan belə bir nəticəyə gəlmək olar ki, rəqabət insanın hədəfə can atma səviyyəsini artırır. Deyilənə görə, bu barədə danışmasanız da olar. Birlikdə məşq etdiyiniz insanlarla bölüşməyin. Özünüzü rəqabət mühitinə qoyun. Bu, çox çalışmağa və məşqlərdən qaçmamağa kömək edəcək. 

 

Son xəbərlər
Oxşar xəbərlər